İcra başçısının dəm qazından boğulduğu deyilir

”Binamızın tüstü bacaları bir dəfə də təmizlənməyib”

Source:
Rövşən İbrahimov
Rövşən İbrahimov


”Binamızın tüstü bacaları bir dəfə də təmizlənməyib”

Naftalan şəhər icra hakimiyyətinin başçısı Rövşən İbrahimov fevralın 25-də dəm qazından ölüb.

Bu barədə Meydan TV-yə icra başçısının qonşuları məlumat verib. Bildiriblər ki, yaşadıqları bina köhnədir, 1990-cı ildə istifadəyə verilib. Ancaq bu vaxtadək bir dəfə də olsun tüstü bacaları təmizlənməyib.

Yeni Yasamal 1, bina 2-də yaşayan Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

R.İbrahimov ötən il mayın 18-də Naftalan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Ana səhifəXəbərlərİcra başçısının dəm qazından boğulduğu deyilir