İcra başçısına borclu olan şəxs özünü körpüdən atmaq istəyir (yenilənib)

Fəqan Nəsibovun intihar məktubunda 65 min manat borclu olduğu bildirilir

Source:

16.20. Deputat Qənirə Paşayeva öz Facebook səhifəsində baş verən olayı dəhşətli adlandırıb: “Bu gün sanki dəhşətli film kimi bir gün yaşadım”. O, Fəqan Nəsibovun artıq Respublika Prokurorluğunda olduğunu bildirib: “İnanıram ki, inşalllah şikayəti obyektiv araşdırılaraq öz həllini tapacaq. Baş Prokuror Zakir Qaralova belə operativ reaksiyası üçün təşəkkür edirəm. Prokurorluqla telefon söhbətimizdə də məsələyə obyektiv baxılacağı bildirildi”.

***

14.10. Meydan TV-in hadisə yerində olan əməkdaşının məlumatına görə, deputat Qənirə Paşayeva hadisə yerinə gələndən sonra Fəqan Nəsibov intihar fikrindən daşınıb. Hadisə yerində onun ailə üzvləri də olub.


***


12.30. Meydan TV-in hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, Koroğlu metro stansiyasının yaxınlığındakı körpüdən özünü atacağını bildirən Fəqan Nəsibov bildirib ki, millət vəkili Qənirə Paşayevadan başqa kimsəyə inanmır: “Neyləyirəm bura yığılan yüzlərlə adamı? Mən heç bir məmura inanmıram. Mənə Qənirə Paşayeva lazımdır. O gəlməsə özümü atacağam”.


***


Fəqan Nəsibovun intihar məktubunda 65 min manat borclu olduğu bildirilir

Hazırda bir nəfər “Koroğlu” körpüsündən özünü atmaq istəyir. Meydan TV-in hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, körpüyə çıxan adam intiharının səbəbini yazdığı kağızı aşağı atıb. Yazdıqlarından belə məlum olub ki, o, Zərdab Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayeva 65 min manat borcludur və pulu ödəyə bilmir. Fəqan Nəsibov iyulun 25-də özünü Prezident Administrasiyasının qarşısında özünü yandırmaq istərkən mühafizəçilər ona imkan verməmişdilər.

Sözügedən körpüdə oxşar olay bir neçə dəfə təkrarlanıb. İntihara cəhd etmək istəyənlər məmur özbaşınalığından, yaxud borclu olmaları səbəbindən bunu etmək istədiklərini açıqlayıblar.

Ana səhifəXəbərlərİcra başçısına borclu olan şəxs özünü körpüdən atmaq istəyir (yenilənib)