İbrahim Mehdiyev iki ay öncə ”Şöhrət” ordeni almışdı
İyulun 1-də prezident İlham Əliyev paytaxtın Yasamal rayonunun icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevi vəzifəsindən azad edib.
AzərTac-ın yaydığı məlumatda qeyd olunub ki, Konstitusiyanın 124-cü maddəsinin II hissəsinə əsasən bununla bağlı sərəncam imzalanıb.
İbrahim Mehdiyev martın 29-da prezidentin sərəncamıyla “Şöhrət” ordeni ilə təltif olunub.
İyunun 30-da Yasamal rayonunda Hacı Cavad məscidi sökülüb, İbrahim Mehdiyevin adı məscidin sökülməsi ilə bağlı çox hallanırdı. İcra başçısının hadisələr zamanı fotoreportyor Fərqanə Novruzovaya qarşı sərt davranması ilə bağlı video-görüntülər də yayılmışdı.
İbrahim Mehdiyev 2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2006-cı ilin 26 sentyabrında Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.