İcra başçısı keçmiş polis zabitini it saxladığına görə məhkəməyə verib

Gülağa İslamov

Gülağa İslamov

“Eldar Mansurov ev heyvanı saxlamaq hüququndan məhrum edilsin”

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan keçmiş polis zabiti Eldar Əbülfəz oğlu Mansurov it saxladığına görə məhkəməyə verilib. Ondan məhkəməyə şikayət edən Xəzər rayonunun İcra Hakimiyyəti başçısı Gülağa İslamovdur:

“Xahiş edirik, araşdırma aparılıb, qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi barədə qərar qəbul edəsiniz”.

G.İslamov ərizəsində göstərib ki, Mərdəkan sakini olan bir qrup şəxs icra hakimiyyətinə E.Mansurovun qəsəbədə, R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxlaması haqda məlumat verib. İcra başçısının sözlərinə görə, sakinlərin şikayəti araşdırılıb, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Mərdəkan bələdiyyəsi və s. 10-a qədər orqanın əməkdaşları E.Mansurovun həyətinə baxış keçirib. G.İslamov iddia edir ki, baxış zamanı həmin ərazidə kəskin qoxu və səs-küy gəldiyi məlum olub. Araşdırmalardan sonra E.Mansurova barəsində inzibati xəta protokolu tərtib olunub, ondan sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u7q44b

Ən çox baxılan