İbrahim Ləmbəranskidən Leyla Yunusa növbəti zəng

Hüquq müdafiəçisi çağırış etdi: “Jurnalistlər və dostlar yeni təzyiqlərə hazır olun!”

Source:

Hüquq müdafiəçisi çağırış etdi: “Jurnalistlər və dostlar yeni təzyiqlərə hazır olun!”

İyulun 22-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski hüquq müdafiəçisi Leyla Yunusa zəng edərək onu ifadə verməyə çağırıb.

Meydan TV-yə açıqlama verən Leyla Yunus bildirdi ki, Ləmbəranski onun mobil telefonuna zəng edib: “O, mənim və həyat yoldaşım Arif Yunusun idarəyə gəlməyimizi tələb etdi. Mən ona Respublika Prokurorluğunun qanunu pozmamasının vacibliyini xatırlatdım. Birinci, istintaqçılar mənim, həyat yoldaşımın və mənzilimizin qanunsuz alınan sənədlərini qaytarmalıdırlar. Yalnız bundan sonra biz ifadə verəcəyik”.

Leyla Yunus qanunu pozan Respublika Prokurorluğunun növbəti qanunsuzluq etməyəcəyinə inanmadığını söylədi: “Ona görə də jurnalistlər və dostlar yeni təzyiqlərə hazır olun!”

Ana səhifəXəbərlərİbrahim Ləmbəranskidən Leyla Yunusa növbəti zəng