I və II dərəcəli əlilliyi olan uşaqların təhsil haqqını dövlət ödəyəcək

Sənəddə deyilir ki, bu addım, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədilə atılıb

Source:


Prezidentin sərəncamı 18 yaşınadək uşaqlara aiddir

Azərbaycan prezidenti

İlham Əliyev

18 yaşınadək olan I və II dərəcəli əlil uşaqların təhsil haqqının dövlət hesabına ödənilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Sənəddə deyilir ki, bu addım, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədilə atılıb.

Ana səhifəXəbərlərI və II dərəcəli əlilliyi olan uşaqların təhsil haqqını dövlət ödəyəcək