I Avropa Oyunlarının açılış günü qeyri-iş günü ola bilər

Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub

Source:

Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün – 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

 Milli Məclisdən

APA

-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

 Layihəyə əsasən, yalnız bir dəfə – 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

 Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 İyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.

Ana səhifəXəbərlərI Avropa Oyunlarının açılış günü qeyri-iş günü ola bilər