Hüsnü Mübarəkin ölüm xəbəri yayıldı

Source:

İranın Fars informasiya agentliyi Misirin sabiq prezidenti Hüsnü Mübarəkin vəfat etdiyi barədə məlumat yayıb. Agentlik bildirib ki, aprelin 15-də 88 yaşlı Hüsnü Mübarək ölüb. Ancaq məlumat rəsmən hələ təsdiqlənməyib.

Hüsnü Mübarək 30 il – 1981-2011-ci illərdə Misirin dövlət başçısı olub.

2011-ci ilin yanvarında Misirdə hakimiyyətin dəyişməsi ilə nəticələnən kütləvi etiraz aksiyaları başladı. Bundan sonra hakimiyyətə islamçı “Müsəlman qardaşları” təşkilatı gəldi və Mübarək aksiyaçılara qarşı sərt davranışa görə ömürlük azadlıqdan məhrum edildi. Ancaq “Müsəlman qardaşları” hakimiyyətdən məhrum edildikdən sonra Mübarək azad olundu.

Ana səhifəXəbərlərHüsnü Mübarəkin ölüm xəbəri yayıldı