Hüseyn Abdullayev məhkəməsinə Almaniyanın səfirini çağırdı

Təqsirləndirilənlərdən 3 nəfər ev dustaqlığına buraxılıb

Source:


Təqsirləndirilənlərdən 3 nəfər ev dustaqlığına buraxılıb

Aprelin 2-də Bakı Hərbi Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, şəriki Namiq Babayev və daha altı nəfərin – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin mühakiməsi başlayıb. Zeynəb Abdullayevadan başqa digər təqsirləndirilən şəxslər həbsdədir. Onların bir neçəsi keçmiş sərhədçilərdir.

Hakim Həbib Həsənovun sədrliyilə keçirilən hazırlıq iclasında həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri onların ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Üç nəfərin vəsatəti təmin olunub və keçmiş sərhədçilər Həbib İbrahimov, Pərviz Kazımov və Zaur Quliyev ev dustaqlığına buraxılıb.

Hüseyn Abdullayev və anası haqqında cinayət işinə xitam verilməsi barədə vəsatətlər təmin edilməyib.

Hüseyn Abdullayev vəsatətlərə münasibət bildirərkən təqsirsiz olduğunu, sifarişlə həbs olunduğunu bildirib. Təzyiqlərə məruz qaldığını deyən sabiq deputat həbsdə olduğu bir il ərzində yaxınları ilə görüşmək və telefonla danışmaq hüququnun pozulduğunu bildirib. O, məhkəmədən hüquqlarının təmin olunmasını istəyib.

Sabiq deputatın daha bir istəyi isə Almaniyanın Azərbaycandakı səfirinin məhkəmədə iştirakı olub. Çünki H.Abdullayevə Almaniyada sığınacaq verilmişdi. O, ötən ilin aprelində Türkiyədə olarkən saxlanılaraq, Azərbaycana təhvil verilib.

Məhkəmə baxışı aprelin 9-na təyin edilib.

H.Abdullayev 2006-cı ildən 2018-ci ilədək faktiki rəhbərlik etdiyi "Araz-İnşaat” ASC-nin səhmdarlarını aldadıb, şəriki Namiq Babayevlə birlikdə gəlirləri mənimsəməkdə, vergidən yayınmaqda və s. əməllərdə ittiham olunur.

İş üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.

Ana səhifəXəbərlərHüseyn Abdullayev məhkəməsinə Almaniyanın səfirini çağırdı