Hüseyn Abdullayev hakimiyyəti ittiham edir

“Bir neçə gündür ki, heç bir səbəb göstərmədən anamın Almaniyaya gəlib məni görməsinə maneçilik edirlər”

Source:


“Bir neçə gündür ki, heç bir səbəb göstərmədən anamın Almaniyaya gəlib məni görməsinə maneçilik edirlər”

Sabiq deputat, hazırda Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayevin anası ölkədən kənara buraxılmır. Bu barədə sabiq deputat Facebook səhifəsində yazıb.

Hüseyn Abdullayev bildirib ki, Azərbaycandakı avtoritar rejim artıq bir neçə gündür ki, heç bir səbəb göstərmədən anasının Almaniyaya gəlib onu görməsinə maneçilik edir.

O, rəsmi Bakının bu hərəkətini “hakimiyyətin acizliyi və qorxaqlığı, insanlıq duyğularını itirməsi” kimi dəyərləndirir. H.Abdullayev ailə üzvlərinin hər hansı bir ilə bağlı bir hadisə olarsa, buna görə məsuliyyəti dövlət rəhbərliyinin daşıyacağını bəyan edir.

H.Abdullyev bu tipli təzyiqlərə baxmayaraq, Azərbaycanda haqsızlıq və despotizmə qarşı mübarizə aparacağını da nəzərə çatdırır. Eyni zamanda hakimiyyəti bəzi şəxslərin əli ilə keçmişinə qarayaxmaq kampaniyasına son qoymağa çağırır.


*Naxçıvan klanının nümayəndəsi Hüseyn Abdullayev 90-cı illərin əvvəlində Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal iştirak edib.1993-cü ildən sonra o, hakimiyyətə yaxın olmasından böyük maddi qazanc əldə edib: sanballı daşınmaz əmlaka və maliyyə imkanlarına sahib olub. H.Abdullayev təkcə maliyyə deyil, həm də kadr məsələlərini həll edən nüfuzlu şəxs olub.


Onun hakimiyyətlə münasibətləri 2003-cü ildən sonra korlanmağa başlayıb. Belə ki, o, hakimiyyəti və ayrı-ayrı dövlət məmurlarını tənqid edən “müxalifət” nəşrlərini maliyyələşdirənlərdən biri olub. Eyni zamanda H.Abdullayev öz siyasi ambisiyalarını gizlətməyib. 2007-ci ilin martında parlamentdə H.Abdullayev dava saldıqdan sonra hakimiyyətin səbri tükənib.


Bundan sonra onun deputat mandatı alınıb, özünə qarşı cinayət işi qaldırılıb. Bir müddət həbsxanada qaldıqdan sonra H.Abdullayev siyasi mühacir statusu alaraq ölkəni tərk edib.


Vaxtasırı Azərbaycanda hakim rejimi devirməyə çağıran mahnılar yazaraq özünü hakimiyyətin yadına salır (Turan İA).

Ana səhifəXəbərlərHüseyn Abdullayev hakimiyyəti ittiham edir