“Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov həbs olundu

“Hürriyyət” qəzeti və TV-nin baş redaktoru Vüqar Məmmədov – Foto: Video Screen

Bu gün, oktyabrın 31-də Səbail Rayon Məhkəməsində “Hürriyyət” qəzeti, “Hurriyyet.az” saytı və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun məhkəməsi keçirilib.

Məhkəməyə hakim Ülviyyə Şükürova sədrlik edib.

Prosesdə hakimin qərarı ilə Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Hürriyyət” qəzeti, eyniadlı “Hurriyyet.az” saytı və “Hurriyyet TV”-nin redaksiyalarında əməliyyat keçirib, baş redaktor Vüqar Məmmədovu saxlayıb.

Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və  xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

Ana səhifəSiyasət“Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov həbs olundu