Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb

”Məhkəmə ”Bank Standard”-ın ləğvetmə planını təsdiq edib”

Source:
Əkrəm Həsənov, foto: Kanal 13
Əkrəm Həsənov, foto: Kanal 13


”Məhkəmə ”Bank Standard”-ın ləğvetmə planını təsdiq edib”

İyunun 23-də Bakıda ləğv edilmə ərəfəsində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin IV iclası keçirilib.

“Report” yazır ki, iclasda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”-ın təxminən 30 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edib.

İclasda əsas 3 məsələ müzakirə edilib:

“Bunlardan biri mənim hesabatımdır, yəni hansı işlər görülüb. İkinci məsələ aidiyyəti dövlət qurumlarına göndərəcəyimiz müraciətlərdir. Üçüncü məsələ isə Fondun bizim sorğumuza verdiyi cavabdır”, – deyə Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda Bankın ləğv edilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsində proses gedir:

“Məhkəmə artıq ləğvetmə planını təsdiq edib. Amma biz məhkəmə qarşısında vəsatət qaldırmışdıq ki, prosesdə Kreditorlar Komitəsi də iştirakçı olsun. Məhkəmə bu vəsatəti təmin edib. Lakin məhkəmə həm də prosesin qapalı keçirilməsinə qərar verib. Çünki burada bank sirri hesab olunan məlumatlar var. İstənilən halda, Azərbaycan tarixində ilk dəfədir ki, Kreditorlar Komitəsinin məhkəmədə iştirakına razılıq verilib. ADIF buna etiraz etsə də, Maliyyə Bazarlarına Nəzarət Palatası buna razılıq verib. Maraqlıdır ki, mən bura gələndə Baş Prokurorluqdan zəng etdilər ki, Palata məndən ora şikayət edib. Şikayət mənim mətbuatda bank sektoru ilə bağlı verdiyim açıqlamalarla bağlıdır. Bu gün təxminən saat 18:00-da orda olmalıyam”.

Əkrəm Həsənov deyir ki, bu bankın 2013-cü ildən bəri auditi aparılmayıb. Əgər audit olsaydı, vaxtında onun vəziyyətini qiymətləndirib lisenziyasını ləğv etmək olardı: ”Bununla bağlı AMB-yə suallar göndərmişik, şəxsən qurumun sədri Elman Rüstəmova müraciət etmişik, onların apardığı yoxlama sənədlərini istəmişik. Amma bizə cavab AMB-nin baş direktoru Rəşad Orucovdan gəlib və bildirilib ki, yoxlama sənədləri verilə bilməz. Halbuki, bağlanmış bankda bank sirri ola bilməz”.

Ana səhifəXəbərlərHüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb