Hüquqşünas bağlanan 4 bankdan yazdı

”Vətəndaş bir neçə min manat borca görə az qala çarmıxa çəkilir, amma bank sahiblərinin və menecerlərinin mənimsədiyi pula görə heç kəs cavab vermir”

Source:


”Vətəndaş bir neçə min manat borca görə az qala çarmıxa çəkilir, amma bank sahiblərinin və menecerlərinin mənimsədiyi pula görə heç kəs cavab vermir”

Bank sisteminin çökməsi bank sahiblərinin və menecerlərinin acgüzlüyü, əliəyriliyi və savadsızlığının, habelə onlara indiyədək nəzarət etmiş Mərkəzi Bankın səlahiyyətlərini bərbad şəkildə icra etməsinin nəticəsidir.

Bu fikirlər bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov öz Facebook səhifəsində yazıb.

O, hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul tarixli qərarı sonuncu deyil və ardı olacaq: “Amma indi əsas sual başqadır: bankları bu hala salanlar məsuliyyətə cəlb ediləcəkmi, yoxsa bank sisteminin bütün problemlərinə görə yalnız Canahgir Hacıyev cavab verəcək? Bu həftənin əvvəli bununla bağlı yeni yaradılmış Maliyyə Sabitliyi Şurası üzvlərinə müraciət də göndərmişəm”.

4 bankda 140 milyon manat sığortalanmış əmanətin qaytarılmasına gəlincə,  Əkrəm Həsənov bildirib ki, Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qaytarmalıdır: “Amma Fondun pulu yoxdur artıq. Haradan qaytaracaq? Yenə də Mərkəzi Bankdan kredit götürəcək və Mərkəzi Bankın vəsaiti əriməkdə davam edəcək. Onu da deyim ki, bu banklarda sığortalanmayan əmanət də az deyildi (əsasən yüksək faiz dərəcəsi ilə cəlb olunanlar). Onlar batdı! Sahibkarların da bu banklardakı pulu batdı! Vətəndaş bir neçə min manat borca görə az qala çarmıxa çəkilir, amma bank sahiblərinin və menecerlərinin mənimsədiyi pula görə heç kəs cavab vermir”.

Iyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsi haqda qərar qəbul edib.

Ana səhifəXəbərlərHüquqşünas bağlanan 4 bankdan yazdı