“Hüquqlar naminə idman” koalisiyası Rauf Mirqədirovun azad edilməsini tələb edib

O, Azərbaycanda həbsdə saxlanılan 8 jurnalistdən biridir

Source:


O, Azərbaycanda həbsdə saxlanılan 8 jurnalistdən biridir

“Hüquqlar naminə idman” (Sport For Rights) beynəlxalq koalisiyası Azərbaycanda həbs edilmiş jurnalist Rauf Mirqədirovun müdafiəsinə qalxaraq, onun və digər fəalların və media nümayəndələrinin qeyd-şərtsiz və dərhal azad edilməsinə çağırıb.

Mirqədirovun həbs müddətinin növbəti dəfə uzadılması ilə əlaqədar “Hüquqlar naminə idman” koalisiyası qeyd edir ki, o, Azərbaycanda həbsdə saxlanılan 8 jurnalistdən biridir.

Sentyabrın 4-də Nəsimi rayon məhkəməsi Azər Paşayevin sədrliyi ilə jurnalist Rauf Mirqədirovun həbs müddətini 2 ay uzadıb.

* Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib. O, bu ittihamları qətiyyətlə rədd edir. Həbsin əsl səbəbi Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.

Maraqlıdır ki, L.Yunus və həyat yoldaşı Arif Yunus barəsində dövlətə xəyanət ittihamı ayrıca icraata ayrılıb və onlar iqtisadi cinayətlərə görə mühakimə olunublar (Turan IA).

Ana səhifəXəbərlər“Hüquqlar naminə idman” koalisiyası Rauf Mirqədirovun azad edilməsini tələb edib