Mənbə: Meydan TV

"Hüquqi dövlətdir, amma evimizi başımıza uçururlar"

"Hüquqi dövlətdir, amma evimizi başımıza uçururlar"

Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanda yerləşən, Kondisioner Zavodunun yataqxanası olmuş bina sökülür. Binada 35 ailə qalıb və onlar evlərini tərk etmək niyyətində deyillər. Xətai Rayonu İcra Hakimiyyətindən deyilir ki, 2018-ci ildə binanın qəzalı vəziyyətdə olması barədə rəy veriləndən sonra onun sökülməsi qərara alınıb. Podraçtı şirkət RFM MMC ilə sakinlərin yeni mənzillərlə təmin olunması razılaşdırılıb. Sakinlərsə verilən kompensasiyadan, mənzil təklifindən narazıdırlar.

Başqa narazılıq isə söküntü və tikinti müddətində sakinlərin kirayə mənzillərlə təminatında yaşanır. Sakinlər deyir ki, onlara kirayə haqqının təklif edilən kompensasiya məbləğindən çıxılacağı deyilib. İcra nümayəndəsi isə bunu inkar edir.

Razılaşma əldə olunmadan, binada yaşayış davam edərkən podratçı şirkət söküntü işlərini həyata keçirir. İcra nümayəndəsi bunu binanın kəskin qəzalı vəziyyətdə olması ilə əlaqələndirir.

Binanın söküntüsü davam edərkən, hələ də orada yaşayan sakinlərin gələcək taleyinə isə aydınlıq gətirilmədi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pitoc6

Ən çox baxılan