Hüquq müdafiəçisinin ifadəsi alınıb

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd bu gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində (BMCQM) olub.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd bu gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində (BMCQM) olub.

Hüquq müdafiəçisi BMCQM-nin istintaq idarəsinin rəis müavini Murad Quliyev tərəfindən dindirilib. M.Quliyev bildirib ki, onun haqqında “Front Line Defenders” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) sorğu verib və E.Məmmədin bu ilin mayın 29-da BMCQM tərəfindən saxlanılması, ölkədən çıxışına qadağa qoyulması, axtarışa verilməsi səbəbləri soruşulub. XİN də öz növbəsində DİN-ə məsələnin araşdırılması üçün müraciət edib və BMCQM-də araşdırma aparılır. Bu haqda E.Məmməd özü Meydan TV-yə məlumat verib.

Onun sözlərinə görə, saxlanılma, eləcə də ölkədən çıxışına qoyulan qadağanın səbəbləri barədə məlumat almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, nəticəsiz qalıb.

QHT rəhbəri dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirildiyini deyir: “Rəhbərlik etdiyim təşkilatın, həmçinin həyata keçirilən layihələrlə bağlı sənədləri istintaqa təqdim etmişəm. Bundan əlavə, NED, German Marşal Fondu, ABŞ səfirliyi, Soros Fondu və digər beynəlxalq təşkilatlardan alınan qrantlar barədə də soruşulub. Həmçinin, 2 saylı Ərazi Vergilər Departamenti “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin bank hesablarını araşdırıb. Vergi orqanı Azərbaycan Beynəlxalq Bankı Sumqayıt filialına müraciət edərək, QHT-nin həmin bankdakı hesabı üzrə bütün əməliyyatlar barədə məlumat verilməsini tələb edib”.

Hüquq müdafiəçisi gələn həftə Almaniyaya nəzərdə tutulan səfəri ərəfəsində bu “dəvəti” təsadüfi saymır və “Front Line Defenders”in müraciətindən sonra BMCQM-də aparılacaq araşdırmanın  sonunu gözləyir.

Ana səhifəXəbərlərHüquq müdafiəçisinin ifadəsi alınıb