Hüquq müdafiəçisinin anasının evində axtarış aparılıb

Cəvahir Axundova Baş Prokurorluqda dindirildikdən dərhal sonra mənzilində axtarış başlayıb

Source:


Cəvahir Axundova Baş Prokurorluqda dindirildikdən dərhal sonra mənzilində axtarış başlayıb

Danimarkada yaşayan hüquq müdafiəçisi Gülnarə Axundovanın anası Cəvahir Axundovanın Bakıdakı evində axtarış aparılır. Məlumatı Meydan TV-yə Gülnarə Axundovanın nümayəndəsi Günay İsmayılova verib. Onun sözlərinə görə, axtarışı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparıb.

Günay İsmayılov bildirib ki, axtarış Gülnarə Axundovanın anası Cəvahir Axundova Baş Prokurorluqda dindirildikdən dərhal sonra başlayıb.

Gülnarə Axundova beynəlxalq tədbirlərdə Azərbaycan hökumətini sərt tənqidləriylə seçilir.

Ana səhifəXəbərlərHüquq müdafiəçisinin anasının evində axtarış aparılıb