Hüquq müdafiəçisi həbs olundu

Emil Məmmədov Salyan Rayon Polis İdarəsindən məlumatı verən kimi telefonu söndürülüb

Source:


Emil Məmmədov Salyan Rayon Polis İdarəsindən məlumatı verən kimi telefonu söndürülüb

Mayın 13-də Salyanda “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. O, saxlanıldığı zaman rayon polisindən “Turan İA” -a telefonla məlumat verməyə müvəffəq olub. Bundan sonra Emil Məmmədovun telefonu söndürülüb.

Aprelin 17-də QHT-nin digər bir fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. O, təzyiq altında Məmmədova böhtan atıb və müstəqil vəkildən imtina edib. Bunun müqabilində onu azad etməyi vəd ediblər, lakin ifadə verdikdən sonra məhkəmə Qasımov barəsində qətimkan tədbiri seçib.

Bundan sonra Məmmədovu dəfələrlə Salyan polisinə çağırıblar, burada müxtəlif rayon idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərləri ona qarşı guya İnternetdə nüfuzdan salan materiallar dərc etməməsi üçün onlardan pul tələb edib. Bu zaman “üzləşdirmələr” zamanı rayon məmurları onu “ABŞ səfirliyinin qrantları ilə düşmənçilik fəaliyyətində” ittiham ediblər. Lakin bu ifadələr istintaq tədbirləri protokollarında əksini tapmayıb.

Emil Məmmədov ittihamları uydurma adlandırıb.

“Demokratiyaya yardım” QHT cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Qurumun rəhbəri E.Məmmədov dəfələrlə rayon hakimiyyəti strukturlarında korrupsiya faktlarını açıqlayıb, həmçinin yerli sakinlərn hüquqlarının müdafiəsinə qalxıb. QHT hasilat sənayesində vətəndaş nəzarəti şəbəkəsinin bir sıra layihələsində iştirak edib.Bütün bunlar yerlı hakimiyyəti çox qıcıqlandırıb və fəala qarşı təqib kampaniyası başlayıb. O, dövlət əleyhinə fəaliyyətdə ittiham olunur.

Ana səhifəXəbərlərHüquq müdafiəçisi həbs olundu