Hüquq müdafiəçisi Bəşir Süleymanlının saxlanıldığı ehtimal edilir

”Yoxa çıxmazdan əvvəl xanımına zəng vurub, gəlməyəcəyini deyib”

Foto: arxiv
Bəşir Süleymanlı
Bəşir Süleymanlı


”Yoxa çıxmazdan əvvəl xanımına zəng vurub, gəlməyəcəyini deyib”

Hüquq müdafiəçisi Bəşir Süleymanlının saxlanıldığı ehtimal edilir

Məlumatı onun vəkili Elçin Sadıqov yayıb. O, bir neçə saatdır ki, Bəşir Süleymanlıdan xəbər olmadığını, telefonunun söndürüldüyünü deyir:

“Bir neçə gün əvvəl Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Vasif adlı qərargah rəisi onu BMCMİ-nə çağırmışdı. Birlikdə getmək istədiyimizi bildirəndə daha ehtiyac olmadığını demişdi”.

Jurnalist Xədicə İsmayılova isə deyir ki, Bəşir Süleymanlı yoxa çıxmazdan əvvəl xanımına zəng vurub, gəlməyəcəyini deyib: “Dostlara xəbər verməsini istəyib. Böyük ehtimalla “Bandotdel”dədir”.

Rəsmi qurumlar onunla bağlı hər hansı məlumat yaymayıblar.

Bəşir Süleymanlı və ailəsinə qarşı bir müddətdir ki, təzyiqlərin olduğu bildirili.

Martın 30-da hüquq müdafiəçisi Bəşir Süleymanlının atası 66 yaşlı Süleyman Süleymanov Yevlax şəhər Polis İdarəsinə çağrılmışdı.

B.Süleymanlının yaydığı məlumata görə, əməliyyatçı Süleyman Süleymanovun yaşadığı mənzilə gələrək polis rəisinin onu idarəyə çağırdığını demişdi. İdarədə ona ailə tərkibi, nə işlə məşğul olmaları, partiya üzvlüyü, ümumilikdə əməliyyat xarakterli suallar ünvanlanmışdı. Bundan əlavə, ondan telefonunun, maşınının nömrəsi və kimin adına olması barədə məlumatlar istənmişdi.

Daxili İşlər Nazirliyi Süleyman Süleymanovun polis idarəsinə çağrılmasının səbəbini açıqlamamışdı.

Seçkilərin Monitorinq və Demokratiya Mərkəzinin direktoru Bəşir Süleymanlı 2014-cü ilin may ayında 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrum olunub.

O, 2015-ci ilin 19 martında əfv edilib.

Ana səhifəXəbərlərHüquq müdafiəçisi Bəşir Süleymanlının saxlanıldığı ehtimal edilir