Hüquq müdafiəçiləri Yunis Səfərovun vəziyyətindən narahatdır

Elmar Vəliyevin İsrailə aparıldığı haqda məlumat var

Source:
Leyla Yunus
Leyla Yunus


Elmar Vəliyevin İsrailə aparıldığı haqda məlumat var

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin

mətbuat xidmətləri

birgə məlumat yayaraq, hadisəni terror aktı kimi qiymətləndiriblər.

Məlumatda Elmar Vəliyevin vəziyyəti ilə bağlı hər hansı xəbər verilməyib. “Turan” İnformasiya Agentliyi isə icra başçısının yaxın qohumuna istinadən onun müalicə üçün ötən gecə İsrailə aparıldığını yazıb.

Qohumu “o, özünə yeni gəlib”, – deyə əlavə edib.

Agentlik şahidlərə istinadən yayıb ki, Elmar Vəliyev qarnına güllə dəydikdən sonra pilləkandan yıxılaraq, başından ağır zərbə alıb.

“Mənbənin məlumatına görə, cangüdən iki güllə yarası alıb. Onlardan biri onun qarnına, digəri üzünə dəyib. Vəziyyəti qənaətbəxşdir, Gəncədə müalicəsi davam edir”, – xəbərdə deyilir.

Ancaq Elmar Vəliyevin qardaşı, Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Xanlar Vəliyev

“Bizim Yol”-a

açıqlamasında deyib ki, hazırda icra başçısının vəziyyəti yaxşıdır, İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır:

Xanlar Vəliyev
Xanlar Vəliyev

“Harda olmasının fərqi yoxdu, əsas odur ki, yaxşıdır. İnşallah, daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sösüz ki, bu ölkə Prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəst eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir”.

Hüquq müdafiəçiləri isə Yunis Səfərovun vəziyyətindən narahatdırlar.

İyulun 4-də

yayılmış fotoda onun bədənində işgəncə izləri olduğu görünürdü.

Sülh və Demokratiya İnstitutunun mühacirətdə yaşayan sədri Leyla Yunus bu barədə bəyanat yazaraq bildirib ki, Yunis Səfərov vəkil müdafiəsi hüququndan məhrum edilib, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmə də olmayıb.

“Ona işgəncələrin verilməsi, Y.Səfərovun ölümünə də səbəb ola bilər. Beynəlxalq hüquq müdafiə təşkilatları, AŞPA, Avropa Parlamentinin deputatları, Avropa və ABŞ-dan olan diplomatlar Yunis Səfərovun qan içində olan fotolarından şoka düşüblər”, – Leyla Yunus deyib.

Vəkil Osman Kazımli isə “Facebook” səhifəsi vasitəsilə bildirib ki, gəncəlilər- Yunis Səfərovun qohumları müqavilə bağlayarlarsa, onun hüquqlarını müdafiə edər.

Osman Kazımov

“Yunis Səfərovun törətdiyi əməl agır cinayət hesab edilir. Məhkəmə hökmü olmadan onu cinayətkar hesab etmək olmaz. Onun barəsində obyektiv və qərəzsiz istintaq aparılaraq məhkəmə qarşısına çıxarılmalıdır. Yunis Səfərova işgəncə verilməsinə dair məlumatlar həqiqətdirsə, bu, artıq dövlətin qaranlıq qüvvələr tərəfindən ələ keçirilməsinin əlamətləridir. Yunis Səfərov nə üçün insanı qətlə yetirmək kimi ağır düşüncəyə gəlib çıxıb? O, nə üçün məhz Gəncənin icra başçısını qətlə yetirmək istəyib? Onu buna nə vadar edib? İcra başçısı Elmar Vəliyevin hansı hərəkətləri Yunis Səfərovun səbr kasasını daşırıb? Prokurorluq və DİN bir-birini təkzib edən məlumatlar yaymaqdansa, bu işi obyektiv araşdırmalı düzgün hüquqi qiymət verməlidir”.

Ana səhifəXəbərlərHüquq müdafiəçiləri Yunis Səfərovun vəziyyətindən narahatdır