Hüquq müdafiəçiləri Avropa Şurasının baş katibi ilə görüşüb

Arzu Abdullayevanın fikrincə, Torbyorn Yaqland Azərbaycandakı vəziyyətdən tam xəbərdardır

Source:


Arzu Abdullayevanın fikrincə,  Torbyorn Yaqland Azərbaycandakı vəziyyətdən tam xəbərdardır

Mayın 20-də Avropa Şurasının baş katibi Torbyorn Yaqland qurumun  Bakı nümayəndəliyində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə hüquq müdafiəçiləri Leyla Yunus, Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Emin Hüseynov, politoloq Eldar Namazov və başqaları iştirak edib.

Meydan TV-yə görüş barədə məlumat verən Arzu Abdullayeva bildirib ki, baş katib Azərbaycandakı

vəziyyətdən tam xəbərdardır: “Biz Rauf Mirqədirovun, Pərviz Həşimlinin, Yadigar Sadıqlının, NİDA-çıların qarşılaşdıqları özbaşınalıqlarla bağlı danışdıqca, baş katib məlumatlı olduğunu deyirdi. O, Rauf Mirqədirovu tanıdığını, elə bir jurnalistin casus olması barədə deyilənləri absurd və bunun tam anlaşılmaz, böyük bir səhv olduğunu bildirdi. Həm də Leyla Yunusun qarşılaşdığı vəziyyəti bilir. Sadəcə, bizim söylədiklərimiz cənab Yaqland üçün təsdiq idi. Birinci olaraq siyasi məhbuslara və siyasi təzyiqlərə diqqət yetirildi. Sonra isə məhkəmələrin durumu ətrafında müzakirə apardıq, hətta məhkəmə işləri ilə bağlı da narahatlığımızı bildirdik. Novella xanım bir faktı xatırlatdı, evi əlindən alınan qadını elə vəziyyətə salıblar ki, ayılanda özünü morqda görüb, sonradan həmin qadını dəlixanaya salıblar”.

Arzu Abdullayevanın sözlərinə görə, Qərbyönümlü fəallara təzyiqlərin Rusiyadan qaynaqlandığını da baş katibin diqqətinə çatdırıblar: “Bəzi həbslərin Rusiyanın marağında olduğu bildirildi”.

Ana səhifəXəbərlərHüquq müdafiəçiləri Avropa Şurasının baş katibi ilə görüşüb