Human Rights Watch-un nümayəndəsi hava limanında saxlanıldı (yenilənib)

Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin, onun məhz haradan gəldiyi də məlum deyil

Source:


Human Rights Watch təşkilatının nümayəndəsi Giorgi Gogia martın 31-də yerli vaxtla saat 21-də Bakıdan Tbilisiyə deportasiya olunub.


Bu barədə “Turan İA”a Tbilisidəki mənbələrdən bəlli olub.


Öz növbəsində  Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Kaxa Abdeladze bildirib ki, onda olam məlumata görə, Gogia Bakı Beynəlxalq Hava limanının neytral zonasında saxlanılıb və AZALın saat 21.00 reysilə Tbilisiyə qaytarılmalı idi.


Diplomat Gürcüstan vətəndaşı olan Giorgi Gogianın saxlanmasının səbəblərinin bilmədiyini  deyib.


Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin, onun məhz haradan gəldiyi də məlum deyil

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb. Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Tvitterdəki mikrobloqunda yazıb.

“Turan İA”-ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.

Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb.

Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin, onun məhz haradan gəldiyi də məlum deyil.

Human Rights Watch Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulmasına görə ən çox tənqid edən hüquq müdafiə təşkilatlarından biridir. Bakıda rəsmilər Human Rights Watch-u müəyyən dairələr tərəfindən rəsmi Bakıya təzyiq məqsədilə istifadə olunan satqın, erməniyönlü və düşmən qurum adlandırır.

Öz növbəsində, Georgi Qogia Human Rights Watch-un Azərbaycanda pozuntular haqqında daim və çox yazan əməkdaşlarından biridir.

Ana səhifəXəbərlərHuman Rights Watch-un nümayəndəsi hava limanında saxlanıldı (yenilənib)