Human Rights Watch BMT-nin İşgəncələr əleyhinə Komitəsini Bakıdan repressiyalara son qoymağa çağırıb
Human Rights Watch BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Azərbaycanda vəziyyət haqqında bu Komitənin hesabat hazırlaması ilə əlaqədar ölkədə vəziyyət haqqında Memorandum təqdim edib.
HRW-n press-relizində deyilir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət narahatlıq doğurur, hakimiyyət hökumətin tənqidçilərinə, vətəndaş fəallarına və müxalifətçilərə qarşı amansız repressiyaları davam etdirir.
“Saxlanılanlar və həbs edilənlər işgəncələrə məruz qalır ki, bu da ölkənin İşgəncələrin Qadağan edilməsi haqqında Konvensiyası çərçivəsində ölkənin beynəlxalq öhdəliklərinə ziddir”, deyə məlumatda bildirilir.
Bununla əlaqədar HRW Azərbaycan hakimiyyəti qarşısında repressiyalara son qoyulması məsələsini qaldırmaq və Leyla və Arif Yunusun, İlqar Məmmədovun, İntiqam Əliyevin və digər siyasi məhbusların azad edilməsini tələb etmək çağırışı ilə öz tövsiyələrini təqdim edib.
Həmçinin, BMT Komitəsinə rəsmi Bakını onlarla QHT-nin bank hesabına qoyulmuş həbsləri götürməyə və onların hüquqlarının məhdudlaşdırılması və pozulması hallarını aradan qaldırmağa çağırmaq təklif olunub.