Human Rights Watch Rauf Mirqədirovla bağlı bəyanat yaydı

Hazırda 9 jurnalist və 4 Facebook fəalı saxta ittihamlarda günahlandırılaraq dəmir barmaqlıqlar arxasina salınıb.

Source:


Hazırda 9 jurnalist və 4 Facebook fəalı saxta ittihamlarda günahlandırılaraq dəmir barmaqlıqlar arxasina salınıb.

“Human Rights Watch” təşkilatı aprelin 24-də yaydığı bəyanatda tanınmış müstəqil jurnalist Rauf Mirqədirovun Türkiyədən zorla və tələsik çıxarılmasından sonra Azərbaycanda tutulmasını beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib. Təşkilat hadisəni  iki ölkə arasında koordinasiyalı bir əməliyyat şəklində həyata keçirildiyini hesab edir.

Bəyanatda bildirilir ki, heç bir zəruri hüquqi müdafiə təmin olunmadan jurnalistin Azərbaycana zorla göndərilməsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq ehtimalı dərhal və hərtərəfli araşdırılmalıdır.

“Mirqədirova qarşi sürülən ittihamların müstəqil şəkildə araşdırılması bitənə qədər o, həbsdən azad olunmalıdır,” – deyə “Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müavini Rachel Denber bildirib: “Türk rəsmiləri heç nədən çəkinmədən açıq-açığına Mirqədirovu səbəbsiz yerə tutaraq, qanunsuz olaraq Azərbaycana göndərib. Törədilən bu utanmaz hərəkət və pozuntu araşdırılmalı və məsuliyyət daşıyan şəxslərdən bunun hesabı soruşulmalıdır. Mirqədirovun həbsinin konteksti və təsadüf etdiyi dövr onu göstərir ki, ona qarşı sürülən ittihamlar siyasi motivlidir. Burada məqsəd onu tənqidçi baxışlarına görə cəzalandırmaq və eləcə də digər müxalif fikirli insanlara xəbərdarlıq mesajı göndərməkdir”.

“Human Rights Watch” hesab edir ki,  Mirqədirovla baglı məsələdə zəruri hüquqi proseslərin heç biri təmin olunmayıb və beləliklə, son nəticədə jurnalistin deportasiya edilməsi Türkiyənin öz öhdəliklərini pozması ilə həyata keçirilib. Məsələn, hökumətə qarşı fəaliyyət göstərdiyi səbəbiylə həbs olunan şəxslərə qarşı işgəncə və pis rəftar, o cümlədən tez tez istifadə olunan zor altında günahın boynuna alınması kimi hallar Azərbaycanda rast gəlinən hüquq pozuntularındadır.

Rauf Mirqədirovun həbsi Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində rotasiya üzrə sədrlik etməsinə bir neçə həftə qalmış baş verib. Avropanın bu mötəbər insan hüquqları qurumuna 2001-ci ildə qoşulandan sonra Azərbaycan üzərinə götürdüyü çoxlu sayda üzvlük öhdəliklərini yerinə yetirməyib. Təkcə son ildə hökumət bütün mümkün səylərdən istifadə edərək tənqidçiləri susdurmaq məqsədi ilə çoxlu sayda siyasi fəalı, bloqqeri və digərlərini saxta və siyasi motivli ittihamlarla həbsə atıb. Hazırda ən azı 9 jurnalist və 4 Facebook fəalı müxtəlif saxta ittihamlarda günahlandırılaraq dəmir barmaqlıqlar arxasına salınıb.

Ana səhifəXəbərlərHuman Rights Watch Rauf Mirqədirovla bağlı bəyanat yaydı