“Human Rights Watch”: Xaricdə yaşayan ictimai fəallara qarşı siyasi motivli ittihamlar artıb

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

Azərbaycan hakimiyyəti xaricdə yaşayan müstəqil jurnalistlər və siyasi fəallara qarşı repressiya kampaniyasını gücləndirib. 

Bunu “Human Rights Watch” (HRW) Beynəlxalq İnsan Hüquqları Təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin müdir müavini Georgi Qoqia bəyan edib.

Onun sözlərinə görə, mühacir jurnalistlər, blogerlər və siyasi analitiklər barəsində siyasi motivli görünən ittihamlar irəli sürülür, hətta qiyabi həbs qərarları verilir.

Müəllif vurğulayır ki, hədəfə alınan şəxslərin heç bir qanunsuz fəaliyyəti sübuta yetirilməyib və onlar yalnız Azərbaycan hökumətinin insan hüquqları pozuntularını tənqid etdiklərinə görə təqib olunurlar.

2025-ci ilin martından bəri mühacir blogerlər də daxil olmaqla bir sıra şəxslər barəsində cinayət istintaqları aparılıb və bir çox hallarda qiyabi həbs qərarları çıxarılıb.

Georgi Qoqia Azərbaycan hakimiyyətini bütün siyasi motivli ittihamları ləğv etməyə, müstəqil səsi boğma siyasətinə son qoymağa və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.

Son bir neçə ayda xaricdə yaşayan və Azərbaycan hakimiyyətini tənqid edən 24 nəfər barəsində əsasən, “dövlət əleyhinə çağırış” və başqa ittihamlarla qiyabi həbs qətimkan tədbiri seçilib.

Hədəfə alınan şəxslər adətən əvvəlcə ictimai şəkildə Baş Prokurorluğa çağırılır və barələrində cinayət işi açıldığı barədə məlumat verilir. Daha sonra onların iştirakı olmadan məhkəmələr keçirilir və hökm oxunur.

Ana səhifəSiyasət“Human Rights Watch”: Xaricdə yaşayan ictimai fəallara qarşı siyasi motivli ittihamlar artıb