Human Rights Watch: Merkel Əliyevə təzyiq göstərməlidir

“O, açıq şəkildə deməlidir ki, əgər hüquq müdafiəçiləri və fəallar azad edilməsələr Almaniya Bakıya Avropa Oyunlarına öz rəsmi nümayəndə heyətini göndərməyəcək”

Source:


“O, açıq şəkildə deməlidir ki, əgər hüquq müdafiəçiləri və fəallar azad edilməsələr Almaniya Bakıya Avropa Oyunlarına öz rəsmi nümayəndə heyətini göndərməyəcək”

Yanvarın 21-də Berlində Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevlə görüşəcək. Görüş zamanı Merkel həbsdə olan hüquq müdafiəçilərinin və Azərbaycan hakimiyyəti tənqid edən digər şəxslərin azadlığa buraxılmasını İ.Əliyevdən tələb etməlidir.

Bu barədə Human Rights Watch təşkilatının “Turan İA”-a daxil olan 20 yanvar tarixli məlumatında deyilir.

Gözlənildiyi kimi, Merkel və Əliyev ikitərəfli münasibətləri, energetika  və başqa məsələləri müzakirə edəcəklər.

“Merkel bu imkanı qaçırmamalı və İlham Əliyevi vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoymağa çağırmalıdır”, – HRW-nin  Avropa və Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.

“Hökuməti tənqid edənlərə qarşı ittihamlar siyasi motivlidir və Merkel onların azad edilməsinə nail olmalıdır. O, açıq şəkildə deməlidir ki, əgər hüquq müdafiəçiləri və fəallar azad edilməsələr Almaniya Bakıya Avropa Oyunlarına öz rəsmi nümayəndə heyətini göndərməyəcək”, – Vilyamson vurğulayıb.

Bəyanatın sonunda Merkelin barəsində danışmalı olacağı şəxslərin adları açıqlanır: Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Xədicə İsmayılova, Anar Məmmədli, İlqar Məmmədov.

Ana səhifəXəbərlərHuman Rights Watch: Merkel Əliyevə təzyiq göstərməlidir