Human Rights Watch: İlqar Məmmədovun həbsdə saxlanmasını anlamaq çətindir

“Azərbaycana bildirilməlidir ki, Avropa Məhkəməsinə hörmətsizliyin ciddi fəsadları ola bilər”

Source:
Human Rights Watch Logo
Human Rights Watch Logo


“Azərbaycana bildirilməlidir ki, Avropa Məhkəməsinə hörmətsizliyin ciddi fəsadları ola bilər”

“Azərbaycanda tanınmış siyasətçi olan İlqar Məmmədovun beş ildir həbsdə saxlanmasını anlamaq çətindir”. Meydan TV xəbər verir ki, bunu Human Rights Watch insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia

yazıb.

G.Gogia qeyd edib ki, Azərbaycan hakiyyəti İlqar Məmmədovu Avropa Məhkəməsinin onun azadlığa buraxılması barədə qərarı olmasına baxmayaraq azad etməkdən imtina edir.

O, xatırladıb ki, İ.Məmmədovun 10 yaşlı qızı var və uşaq həyatının üçdə birini atasını gözləməklə keçirib, onu ayda bir, ya iki dəfə görüb.

G.Gogia hesab edir ki, bu fonda Azərbaycanın beynəlxalq tərəfdaşları heç nə olmamış kimi əməkdaşlığa davam edə bilməzlər.

“İlqar Məmmədovun həbsdə qalmasına, Avropa Birliyi üzvlərinin çoxunun Avropa Şurasında Azərbaycana qarşı hüquqi addımlara çağırmasına baxmayaq, Brüssel hazırda Bakıyla daha sıx tərəfdaşlıqla bağlı danışıqlar aparır”.

Onun fikrincə, Azərbaycana aydın şəkildə bildirilməlidir ki, Avropa Məhkəməsinə hörmətsizliyin davam etdirilməsinin ciddi fəsadları ola bilər.

“Avropa Birliyi İlqar Məmmədov evinə buraxılmayanadək danışıqlarla bağlı gələcək addımları dondurmalıdır”, – G.Gogia bəyan edib.

REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum

edilib

.

Ana səhifəXəbərlərHuman Rights Watch: İlqar Məmmədovun həbsdə saxlanmasını anlamaq çətindir