Human Rights Watch Almaniya kansleri Angela Merkele müraciət etdi

“Hakimiyyətin repressiyaları dayandırmayacağı təqdirdə, Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların dayandırılması üçün Berlin ciddi səylər göstərməlidir”

Source:


“Hakimiyyətin repressiyaları dayandırmayacağı təqdirdə, Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların dayandırılması üçün Berlin ciddi səylər göstərməlidir”

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktorunun müavini Raşel Dember Almaniya kansleri Angela Merkelə müraciət edib. Müraciətdə bildirilir ki, son aylarda Azərbaycanda insas hüquq və azadlıqları ilə bağlı vəziyyət kəskin pisləşib. Azərbaycan hakimiyəti açıq şəkildə insan hüquq müdafiəçilərini bloqçuları, jurnalistləri, siyasi fəalları sıradan çıxarmaq kursu həyata keçirir. Son aylar ərzində 11 nəfər həbs olunub, 9 nəfər haqqında hökm çıxarılıb.

Müraciətdə bildirilir ki, Almaniya hökuməti həbsdə olan şıxslərin azad edilməsi üçün zəruri olan bütün addımları atmalıdır. Hakimiyyətin repressiyaları dayandırmayacağı təqdirdə, Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların dayandırılması üçün Berlin ciddi səylər göstərməlidir.

Azadlıq.info

Ana səhifəXəbərlərHuman Rights Watch Almaniya kansleri Angela Merkele müraciət etdi