Niderland Gürcüstanın dövlət qulluqçuları üçün təlim proqramını dayandırıb

Foto: EvaL Miko/shutterstock

Niderland Gürcüstanın dövlət qulluqçuları üçün təlim proqramını — MATRA-nı müvəqqəti olaraq dayandırıb.

Niderland Krallığının Gürcüstandakı səfirliyi bildirir ki, ölkədə “Gürcüstan hakimiyyətinin hərəkətləri nəticəsində yaranmış” vəziyyətin pisləşməsi ilə əlaqədar MATRA dövlət qulluqçusu hazırlığı proqramı müvəqqəti olaraq dayandırılıb.

“Bu, həqiqətən çətin qərar idi. Hollandiya Gürcüstanda qanunun aliliyinin möhkəmləndirilməsində həmişə güclü dəstəkçi və tərəfdaş olub», – diplomatik qurumun bəyanatında bildirilir və əlavə olunur ki, MATRA Qanunun Aliliyi üzrə Təlim Proqramı son bir neçə ildə 200-ə yaxın gürcü məmur və dövlət qulluqçusuna təlim keçib, Gürcüstanın bir çox dövlət institutlarını gücləndirib.

Qurum proqramın müvəqqəti dayandırılmasını «Gürcüstan hakimiyyətinin dərin narahatlıq doğuran hərəkətləri nəticəsində ölkədə vəziyyətin kəskin şəkildə pisləşməsi ilə» izah edir.

2024-cü il noyabrın 28-də Gürcüstan baş naziri İrakli Kobaxidzenin Avropa Birliyi ilə danışıqların dayandırılması çıxışından sonra, Tbilisi ilə yanaşı bir neçə şəhərdə etirazlar başlayıb. Etirazlar zamanı polis zorakılığı xüsusi diqqətçəkən məqam olmaqla yanaşı, onlarla dinc etirazçı həbs olunub yaxud cərimələniblər. Eləcə də Gürcüstanda siyasi partiya liderlərinin, aktivistlərin həbsi Avropa ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Hökumət nümayəndələrinin vizasın gediş-gəlişinə qadağalar qoyulub.

«Biz ürəkdən ümid edirik ki, ölkədə vəziyyət yaxşılaşacaq və gələcəkdə gürcü iştirakçıları yenidən qarşılaya biləcəyik”, – deyə diplomatik qurumun bəyanatında qeyd olunub.

Ana səhifəXəbərlərNiderland Gürcüstanın dövlət qulluqçuları üçün təlim proqramını dayandırıb