”Hökumətin pulu yoxdursa, camaatdan manat-manat yığıb Rəsulzadənin heykəlin yerləşdirək”

Bu gün – yanvarın 31-də Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin 135-ci doğum günüdür. Müxalifət partiyaları və ictimai fəallar hər il onun doğum gününü Novxanıdakı abidəsi önündə qeyd edirlər.

Ziyarətə gələnlər Rəsulzadənin respublika qurucluğu uğrunda etdiklərindən ağızdolusu danışıblar. Lakin onun arzuladığı demokratik şəraitin hələ də mövcud olmamasından gileyləniblər. Musavat Partiyası başqanının müavini Səxavət Soltanlı bir müddət öncə Rəsulzadənin oğurlandığı deyilən barelyefindən söz açıb: Bu gün Novxanıda Rəsulzadənin doğulduğu evindəki barelyefini 3 cəhdlə dəyişib, sonda oradan “demokratiya”, “cümhuriyyət” və “Müsavat Partiyası” sözlərini silməyə nail oldular. Amma onlar nəyi silirlərsə, o ifadələr Azərbaycan xalqının ruhuna, ürəyinə köçür”.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.

Ana səhifəVideo”Hökumətin pulu yoxdursa, camaatdan manat-manat yığıb Rəsulzadənin heykəlin yerləşdirək”