Hökumətin proqnozu reallığa uyğun gəlmir

Azərbaycan hökuməti 2018-ci ildə adambaşına elektrik enerjisi istehsalını 2,5 min kVt/s-a çatdırmaq istəyir, deyə energetika naziri Natiq Əliyev bildirib

Source:
Elektrik xəttləri, foto: sosial şəbəkə
Elektrik xəttləri, foto: sosial şəbəkə

Azərbaycan hökuməti 2018-ci ildə adambaşına elektrik enerjisi istehsalını 2,5 min kVt/s-a çatdırmaq istəyir, deyə energetika naziri Natiq Əliyev bildirib.

“Son 10 ildə Azərbaycanda 2 min MVt gücü olan 17 elektrik stansiyası tikilib. 2015-ci ilin sonunda ölkənin enerji sisteminin gücü 7,149 min MVT idi”, – deyə “Respublika” qəzetindəki yazısında bildirir.

Əliyev qeyd edib ki, orta perspektivdə Azərbaycan yeni elektrik stansiyaları tikəcək. “Bu, enerji sisteminin gücünü 2020-ci ildə 10 min MVT-a çatdırmağa imkan verəcək. Nəticədə adambaşına elektrik enerjisi istehsalı 3,6 min kVt/s-a çatacaq və Avropa göstəricisinə uyğun gələcək”, – deyə o qeyd edib.

Turan Agentliyi yaxın 4 ildə bu artıma ehtiyac olmadığını bildirir. Çünki son 10-15 ildə diqqət enerji resurslarının artırılmasına yox, sahələrin enerji səmərəliliyinin artırılmasına yönəldilir. Ona görə son 5 ildə Avropada qazdan istifadə və elektrik istehsalı artmır. Avtomobillərin sayı artsa da, yanacaqdan istifadə 1985-ci il səviyyəsinə düşüb.

Azərbaycan hökuməti sovet dövründəki kimi rəqəmlərin artırılmasına diqqət yetirir, keyfiyyəti arxa plana keçirir. Nazir etiraf edib ki, 2016-cı ildə 1 kVt saat elektrik enerjisi istehsalına 314,2 qram şərti yanacaqdan istifadə edilib. İnkişaf etmiş ölkələrdə bu həcm üçün 200 qram şərti yanacaqdan istifadə olunur.

Ona görə hökumət itkilərin azaldılması barədə düşünsə, doğru olardı. Çünki istehsal artımı üçün qaz lazımdır, ondan daxili bazarda qənaətlə istifadə edilməlidir.

Azərbaycan hökumətinin digər illüziyası isə ondan ibarətdir ki, yaxın illərdə elektrik enerjisi ixracından xeyli pul qazanmaq olar.

Turan Agentliyi ölkənin energetika balansına əsaslanaraq elektrik enerjisinin ixrac-idxal əməliyyatları üzrə statsitik məlumatları açıqlayır.

Cədvəldən göründüyü kimi, elektrik enerjisi ixracının piki 2011-ci ildə olub. Son 5 ildə isə ixrac həcmi 3,04 dəfə azalaraq 2015-ci ildə 265 mln kVt/s təşkil edib. Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə Azərbaycan bu sahədən $16,2 mln gəlir əldə edib. Amma Azərbaycan hələ kommersiya sazişi ilə xaricdə heç bir alıcıya elektrik enerjisi satmır. Bu məliyyatlar enerji mübadiləsi sazişi ilə həyata keçirilir. Ona görə Azərbaycan həm də elektrik enerjisi idxal edir və 2015-ci ildə bu həcm 157,5 mln kVt/s təşkil edib.

Azərbaycan 5 ildə niyə elektrik enerjisi ixracını azaldıb? Rəqiblər meydana çıxıb. Onlar hər zaman olub, amma bu dövrdə effektli mübarizə aparıblar. Gürcüstanda elektrik enerjisinin 90%-i sy resurslarından əldə edilir. Türk biznesmenlər Gürcüstanın elektrik enerjisi bazarına yüz milyonlarla investisiya qoyub. Əldə edilən elektrik enerjisinin bir hissəsini Türkiyə alır. Türkmənistan və Tacikistan isə İrana elektrik enerjisi satır. Türkmənistan İran vasitəsilə Türkiyəy də elektrik enerjisi satır. Rusiya da regionda iri elektrik enerjisi idxalçısıdır.

Ana səhifəXəbərlərHökumətin proqnozu reallığa uyğun gəlmir