Hökumətin 3 milyard 61 milyon dollara ehtiyacı var

”Ən yaxşı halda hökumət kanalı ilə daxil olan 2 milyard dollar valyuta kütləsi iqtisadiyyatın hökumətdənkənar sektorlarının tələbatına gedəcək”

Source:


”Ən yaxşı halda hökumət kanalı ilə daxil olan 2 milyard dollar valyuta kütləsi iqtisadiyyatın hökumətdənkənar sektorlarının tələbatına gedəcək”

3 milyard 61 milyon dollar və ya 5 milyard manat – bu dövlətin 2017-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan xərcləri ödəmək üçün xarici valyutaya olan tələbatıdır.

“Turan” yazır ki, Neft Fondunun hesabına görə TANAP-ın tikintisinin maliyyələşdirilməsi üçün dövlətin birbaşa valyuta xərcləri ən azı 3,5 mlrd dollar olacaq.

İqtisadçı Rövşən Ağayev hesab edir ki, iqtisadiyyatın xarici valyutaya tələbatının yüksək olaraq qalması manatın kövrək mövqedə qalmasını şərtləndirəcək.

Ağayevin hesablamasına görə, 2017-ci ildə icmal büdcənin valyuta ilə gəlirləri təxminən 8.9 milyard manat olacaq ki, bu hazırkı məzənnə ilə təxminən 5.4 milyard dollar edir. Bu, o deməkdir ki, icmal büdcə vasitəsilə il ərzində iqtisadiyyata inyeksiya edilən valyutanın 65 faizi elə büdcənin öz xarici öhdəliklərinə yönəldiləcək.

“Ən yaxşı halda hökumət kanalı ilə daxil olan 2 milyard dollar valyuta kütləsi iqtisadiyyatın hökumətdənkənar sektorlarının tələbatına gedəcək”, deyə ekspert düşünür.

Ağayevin fikrincə, əsas problem odur ki, valyuta gəlirlərinin cəmi 10 faizi qeyri-dövlət sektorunun payına düşür. Amma idxalda qeyri-dövlət sektorunun payı 80 faizdir.

Ana səhifəXəbərlərHökumətin 3 milyard 61 milyon dollara ehtiyacı var