“Hökumətdən xahiş edirəm, üç körpəmə kömək etsin” (VİDEO)

Asudə Baxşəliyeva 8 ildir ailəlidir. 3 oğul anasının şikayəti rəsmi nigahının belə olmadığı ərindəndir.

Asudə Baxşəliyeva artıq 7 ildir ki, Abşeron rayonunda yaşayır. Dediyinə görə, bu illərdə evinin qapı-pəncərəsi belə, olmayıb. Lakin  2014-cü ildə yaşadıqları evi “Gənc Xeyriyyəçilər Cəmiyyəti”nin sədri Aytən Bamizər təmir etdirib. Amma bu o, təmirli evdə uzun müddət yaşaya bilməyib.

Qadın hazırda üç uşağı ilə birgə qonşusunun çörək bişirdiyi balaca bir otağa sığınıb. Boyuk oğlunun bu il məktəbə gedəcəyini deyən ana nəinki, ona məktəb bazarlığı etməyə, ümumiyyətlə, uşaqlarına çörək almağa imkanının olmadığını deyir.

Asudə Baxşəliyevanı  evində saxlayan qonşusu isə bunun  müvəqqəti olduğunu bildirir.

Qonşular ərinin qadını tez-tez döydüyünü və evini də qəsdən yandırdığını deyirlər. Onların dediyinə görə, yanğından əvvəl sahə müvəkkilinə məlumat versələr də, hadisəyə yerinə gələn olmayıb.

Asudə Baxşliyeva deyir ki, Abşeron Polis İdarəsindən dəfələrlə onun ərini bölməyə aparsalar da, bir gün saxlayıb, buraxıblar. Qadının söylədyinə görə,  indi yeganə istəyi hökümətin uşaqlarının və onun  təhlükəsizliyini təmin etməsidir.

Evini yandırmaqda ittiham olunan şəxsin qardaşı Meydan Tv-yə bildirib ki, o, baş verən hadislərlə bağlı danışmaq istəmir.

Abşeron Rayon Polis Şöbəsinin işi araşdıran təhqiqatçısı isə deyir ki, haqqında şikayət olunan şəxsin psixi problemləri var.

İstintaqın yekunları ilə bağlı məlumat almaq  mümkün olmayıb.

Ana səhifəVideo“Hökumətdən xahiş edirəm, üç körpəmə kömək etsin” (VİDEO)