ABŞ və Avropa Birliyi Azərbaycanda vətəndaş cəmiyyətinə olan təqibləri müzakirə edib
Vaşinqton Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması kampaniyası ilə əlaqədar Avropa Birliyindəki tərəfdaşları ilə məsləhətləşmələr aparır.
Vaşinqtondakı diplomatik mənbələrdən “Turan İA”ın müxbirinə məlum olub ki, amerikalı və avropalı diplomatlar beşverənləri ciddi izləyirlər.
“Turan İA” yazır ki, ABŞ-da siyasətçilər və diplomatlar İ.Əliyev hökuməti tərəfindən vətəndaş cəmiyyətinə təzyiqlərin, onun tənqidçi səsləri kəsmək istəməsi səylərinin güclənməsindən narahatlıq ifadə ediblər. Bu son illərdə insan haqlarına ən ciddi təzyiqdir.
“Hökumət xarici donorlardan qrant alan hər kəsə qarşı “ov”a çıxıb. Bu Qərb Azərbaycanda keçən ilki prezident seçkilərini tənqidə məruz qoyandan sonra başlayıb”- deyə adının çəkilməsini istəməyən diplomatik mənbə agentliyə bildirib.
O, həmçinin qeyd edib ki, hökuməti ciddi tənqidə məruz qoyan tənqidçilər həbsə alınıblar və onlara qarşı uydurma ittihamlar iərli sürülüb.
Hazırda ABŞ, Avropa Birliyi və s. regional tərəfdaşlar məsələni həll etmək və azad və ədalətli cəmiyyət qurmaq səyləri göstərən Azərbaycan vətəndaşlarına dəstək olmaq yolları axtarırlar.