Verilişin qonaqları ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli və “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyevdir.
– “Azərbaycan brendi” adı altında mağazalarda olan məhsulların 90 faizinin içi Azərbaycanın deyil. Ona görə də heç kim “yerli məhsulun qiyməti artmamalıdır” fikrini səsləndirməməlidir. Belə Sovetdən qalma tezislərin səsləndirilməsi əhalidə qıcıq yaradır.
– Azərbaycanda dərmanda idxaldan asılılıq 100 faizdir, pal-paltar üçün asılılıq 100 faizdir, uşaq yeməyi məhsullarında 100 faizdir, kimyəvi təmizləyicilərdə 100 faizdir.
– Bu gün yerli istehsalın artması üçün Azərbaycanın nə pulu var, nə zamanı.
– Hökumət bilir ki, güzəşt olsa da, əhalinin krediti ödəmək imkanı yoxdur. Bu gün 0.79-la belə ödənmək təklif olsa, əksəriyyətinin kreditləri ödəmək imkanı yoxdur. İşsizlik, ixtisarlar, bahalaşma buna mane olur.
– Hökumət çox yanlış düşünür ki, bu gün azməbləğli kreditləri ödəməyə kömək eləsə, yerdə qalan əhali də öz kreditini ödəməkdən imtina edə bilər. Amma bu problemin həlli üçün başqa variantlar var.
– Hökumət devalvasiyadan sonra yaranmış faiz fərqini ödəməyi üzərinə götürə bilər və ya devalvasiyadan sonra yaranmış ödəmələri uzun müddətə dondura bilər.
– Hökumət kreditlərlə bağlı problemi həll etmək üçün hec nə etmədi. Nə müzakirələr acdı, nə bankaların üzərinə məsuliyyətin bir hissəsini qoydu. Onsuz da Azərbaycanda banklara kimin rəhbərlik etdiyi, bankların kimlərin inhisarında olduğu bəllidir.
– Kreditlərin ödənilməsində yaranan problemlərin bir səbəbi də Rusiyadan gələn vəsaitin azalmasıdır.
– Hökumətin anti-böhran proqramı belə yoxdur. Böyük neft pulları bunları o qədər tənbəl öyrətdi ki, heç nə eləmədilər. Halbuki, Rusiyada 3 müxtəlif anti-böhran proqramı var, Qazaxıstan artıq ikincini qəbul etdi.