”Hökumət investisiya mühitini sözdə deyil, əməldə yaxşılaşdırmalıdır”

Nemət Əliyev: ”İnvestorlar ölkədə baş verən ictimai-siyasi proseslərə həssas yanaşırlar”

Source:
Nemət Əliyev
Nemət Əliyev


Nemət Əliyev: ”İnvestorlar ölkədə baş verən ictimai-siyasi proseslərə həssas yanaşırlar”

Xarici iş adamları Azərbaycana investisiya yatırımlarını ötən il 3,4 milyard manat (≈ 2 milyard dollar) və ya 39,3 faiz azaldıblar.


Dövlət Statistika Komitəsi

nin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, 2017-ci ildə Azərbaycana 8,6 milyard manat investisiya yatıran əcnəbilər 2018-ci ildə bu göstəricini 5,2 milyard manata qədər endiriblər:

“2018-ci ildə əsas kapitala 17238,2 milyon manat məbləğində, yaxud 2017-ci illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlıdır”.

İqtisadçı Nemət Əliyev deyib ki, bu, çox böyük itkidir. Onun sözlərinə görə, neft qiymətlərinin aşağı düşdüyü bir dövrdə bir ilə 2 milyard dollara yaxın investisiya vəsaitindən məhrum olmağın nə qədər əlavə problemlərə yol aça biləcəyinin fərqində olmaq lazımdır:

“Nə qədər gec olsa da, hökumət özündə güc tapmalı, ölkədəki investisiya mühitini sözdə deyil, əməldə yaxşılaşdırmalı, biznesin inkişafı üçün əsas maneələri aradan qaldırmalıdır”.

Nemət Əliyev deyib ki, hökumət ölkədə baş verən ictimai-siyasi proseslərə, qanunsuzluq, ardı-arası kəsilmək bilməyən sifarişli məhkəmə hökmləri, məmur özbaşınalığı, insan hüquq və azadlıqlarına qarşı tətbiq olunan zorakılıqlar, vətəndaş cəmiyyətinin sıradan çıxarılması kimi məsələlərə investorların çox həssas yanaşdığını bilməlidir:

“Bu məsələlərin üzərindən sükutla keçmək olmaz. Hazırkı şəraitdə kosmetik dəyişmələrlə deyil, yalnız gerçək köklü islahatlar aparmaqla xaricə investisiya axınının qarşısını almaq mümkündür. Bunu unutmaq olmaz”.

Ana səhifəXəbərlər”Hökumət investisiya mühitini sözdə deyil, əməldə yaxşılaşdırmalıdır”