Avropa Məhkəməsi bununla bağlı qərar çıxarıb
Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə Azərbaycan hökuməti REAL Hərəkatının sədri İlqar Məmmədova 22 min avro cərimə ödəməlidir.
Bu barədə Meydan TV-yə vəkil Fuad Ağayev məlumat verib: “Avropa Məhkəməsinin qərarına görə, milli məhkəmələr İlqar Məmmədovun işində Konvensiyanın 5-ci, 6-cı, 18-ci maddələrini pozub. O, Konvensiyanın 5.1, 5.4, 6.2 və 18-ci maddələrinə əsasən qanunsuz həbs olunmuş hesab edilib. 5-ci maddə azadlıq hüququdur, 6-cı maddə təqsirsizlik prezumpsiyasıdır, 18-ci maddə məhdudiyyətlərin konvensiyada nəzərdə tutulmayan məqsədlər üçün istifadə olunmasıdır. Məhkəmə İlqar Məmmədovun həbsdə saxlanmasını qanunsuz hesab edib”.