Avropa Məhkəməsi

Mənbə: arxiv

Başlıq: Avropa Məhkəməsi

Hökumət çıxışına qadağa qoyduğu daha iki yazara kompensasiya ödəyəcək

Məqalə yeniləndi:  24 Sentyabr 2020

Rasim Qaraca və Tural Əsədli 5 min avro təzminat alacaq

Sentyabrın 24-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 2 şikayət üzrə qərarını elan edib. Qərarlar yazar Rasim Nəsirovun (Qaraca) və jurnalist Tural Əsədlinin ölkədən çıxışına qoyulan qadağa ilə bağlıdır.

Ərizə kommunikasiya edilərkən, hökumət oxşar örnəklərə əsaslanaraq ərizəçilərə 5 min avro təzminat ödəməyə hazır olduğunu bildirib. İşin siyahıdan çıxarılmasını xahiş edib.

AİHM hökumətin bu təklifini əsaslı sayıb və ərizənin baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Hökumət bu işdə ərizəçilərə 5 min avro təzminat ödəyəcək.

Ərizəçilər məhkəməyə Konvensiyanın 13-cü maddəsinin pozuntusu, hərəkət azadlıqlarının məhdudlaşdırılması ilə bağlı müraciət etmişdilər.

Hər iki ərizəçinin vəkili Zibeydə Sadıqova deyir ki, işlə bağlı dostcasına razılıq əldə edilmişdi. Məhkəmə razılığı nəzərə alıb işi siyahıdan çıxarıb:

“Dostcasına razılıq ancaq kompensasiya hissəsində olub. Biz razılıq edəndə artıq hər iki şəxsin ölkədən çıxış qadağası götürülmüşdü və Azərbaycana qarşı artıq presedent qərar var idi”.

Müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin ölkədən çıxışına qoyulan qadağalar 2014-cü ildə başlayıb. Yəni hökumətin vətəndaş cəmiyyətinə kütləvi təzyiqlərindən sonrakı dövrdə. Bu müddətdə qeyri-hökumət təşkilatları, Meydan TV, Azadlıq Radiosu ilə əməkdaşlıq etmiş xeyli insan həmin qurumlara qarşı açılmış cinayət işlərinə şahid qismində dindirilmək üçün çağrılmışdı. Onların heç biri həmin işlərdə konkret təqsirləndirilən şəxslər olmasalar da, ölkədən çıxışlarına qadağa qoyulmuşdu.

Ötən il hökumət ölkədən çıxa bilməyən əksər insanların qadağasını götürdü. Ancaq hələ də qadağa ilə yaşayan insanlar var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nm4dl4

Ən çox baxılan