“Hökumətin uzun illər özü üçün prioritet elan etdiyi sosial infrastruktur layihələri üzrə investisiya xərcləri 2015-c ilə nisbətən 2016-c ildə 2.6, milyard manat (təxminən 18 dəfə) azaldılıb
”
”Qənaət zəruri layihələrdən imtina etmək və ən zəruri problemlərin həllini bu hansısa mücərrəd “imkan olan dövrə” saxlamaq deyil. Zəruri layihələrin icrasının və ən zəruri problemlərin həllinin ən effektiv (alternativ) həll yollarını tapmaq, onların xərc və məsuliyyət yükünü onları daşıya biləcək alternativ subyektlərin çiyninə yükləməkdi”.
Bu fikirləri iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində yazıb.
O, 2015-ci il illə müqayisədə hökumətin 2016-cı ilin büdcə xərclərini təxminən 5 milyard manat azaltdığını xatırladaraq bildirib ki, Nazirlər Kabineti imkanlarını nəzərə alaraq qənaət rejiminə keçib: “Məsələ burasındadır ki, hökumətin uzun illər özü üçün prioritet elan etdiyi sosial infrastruktur layihələri üzrə investisiya xərcləri 2015-c ilə nisbətən 2016-c ildə 2.6, milyard manat (təxminən 18 dəfə) azaldılıb. Söhbət təhsil, səhiyyə, sosial-müdafiə və mədəniyyət sektoru ilə bağlı layihələrdən gedir. Düşünmək olarmı ki, bu qənaət yox, böhranın məcbur elədiyi məcburi ixtisardır? Qənaət o deyilmi ki, hökumət büdcə vəsaitləri hesabına aldığı bahalı inventar və avadanlıqlardan imtina etdiyini, dövlət idarəetməsində, hüquq-mühafizə sistemində artıq struktirları və ştatları bəyan etdiyini bəyanlayır. Məsələn, vergi orqanları kimi hüuquq-mühafizə strukturlarını da rahatlıqla regioan prisnsipi üzrə qruplaşdırmaq olar, İcra hakimiyyətlərinin əsas təsərrüfat səlahiyyətlərini bələdiyyələrə dövr edib yerlərdə icra hakimiyyətinin təmsilçisi kimi regioanlar üzrə Türkiyədəki Valilik tipli yerli icra hakimiyyəti yaratmaq olmazmı? Bilirsiniz nə qədər böyük həcmdə büdcə xərcinə qənaət etmək olar? Hələ idarəetmənin səmərəliliyinin artmasını bir kənara qoyuram”.
“Dövlət büdcəsindən üstə-üstə 1 milyard manatdan çox invesitisiya xərci, dövlət zəmanəti hesabına 100 milyonlarla manat xarici kredit alan dövlət kommunal xidmət şirkrətlərini (Azərsu, Azəristilik, Azəriqaz, elektrik şəbəkəsi) konssesiya əsasında özəl sektorun uzunmüddətli idarəetməsinə verib bu xərclərdən büdcəni xilas olmaq mümkün deyilmi?”,-deyə sualla Ağayev fikirlərini tamamlayıb.