Hökumət büdcə investisiyalarının ixtisarına başlayıb

Neft gəlirlərinin azalması ilə bağlı büdcənin gəlirlər və xərclər hissəsinin azaldılacağı gözlənilir

Source:


Neft gəlirlərinin azalması ilə bağlı büdcənin gəlirlər və xərclər hissəsinin azaldılacağı gözlənilir

Bu ilin yanvarında hökumət büdcə investisiyalarının maliyyələşməsini ixtisar edib. Dövlət başçısının tapşırığı ilə iqtisadiyyat və sosial həyat üçün daha vacib obyektlərin tikintisi davam etdiriləcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat, təhsil, səhiyyə və s. layihələrin maliyyələşməsinə dövlət büdcəsindən 130,6 mln manat xərclənib. Bu, 2014-cü ilin yanvarındakından 57,1 faiz azdır. Məsələn, dövlət idarəetməsi, müdafiə və sosial təminat obyektlərinin tikintisinə 4,9 mln manat büdcə vəsaiti ayrılıb. Bu, ötən ilin yanvarında bu sahələrə ayrılan vəsaitlərin 5 faizdir.

Bu il dövlət büdcəsindən dövlət investisiyalarına 6,93 mlrd manat yönəltmək planlaşdırılır. Amma neft gəlirlərinin azalması ilə bağlı büdcənin gəlirlər və xərclər hissəsinin azaldılacağı gözlənilir.

Ana səhifəXəbərlərHökumət büdcə investisiyalarının ixtisarına başlayıb