2016-cı ilin yanvar-sentyabrında dövlət büdcəsinin kəsiri 519,1 milyon manat və ya xərclərin 4,9 faizi qədər olub
“Turan”a bu barədə Maliyyə Nazirliyindən deyilib.
Məlumatına görə, bu ilin 9 ayında dövlət büdcəsinin 10 mlrd 103,1 mln manat (ötən ilin eyni dövrünə nisbətən azalma 16,3 faiz), xərcləri 10 mlrd 622,2 mln manat (azalma 12,6 faiz) olub.
Vergilər Nazirliyinin xətti ilə büdcəyə mədaxil 4 mlrd 926,3 mln manat (100,2 faiz), DGK xətti ilə 1 mlrd 653,8 mln manat (125,6 faiz), ARDNF-dən transfertlər 3,26 mlrd manat (42,8 faiz) olub.
2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 mlrd 822 mln manat, xərclər 18 mlrd 495 mln manat, kəsir 1 mlrd 673 mln manat və ya ÜDM-in 2,9 faizi proqnozlaşdırılır.