Hökumət antiböhran planı hazırlayır

Oqtay Əsədov bildirib ki, yaxın günlərdə əhali bunu müşahidə edəcək

Source:


Oqtay Əsədov bildirib ki, yaxın günlərdə əhali bunu müşahidə edəcək

Azərbaycan əhalisi zəif manata adaptasiya olmalıdır. “Report”un verdiyi xəbərə görə, bu fikirləri deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında çıxışında deyib: “Bayramda ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra “qara bazar”dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər”.

Ə.Məsimli həmçinin 50 faizlik devalvasiyanın bütün ağırlığının əhalinin üzərinə düşməsini düzgün saymır: “Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya da restrukturizasiya – uyğun variantlar seçilməlidir”.

“Monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək”, – deyə millət vəkili əlavə edib.

Ə.Məsimli qeyd edib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin 25-30 dollar/barelə qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bank isə bunun üçün iş görməlidir.

Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, hökumət və Mərkəzi Bank bu istiqamətdə tədbirlər planı hazırlayır: “Yaxın günlərdə əhali bunu müşahidə edəcək”.

Ana səhifəXəbərlərHökumət antiböhran planı hazırlayır