Hökumət 4 milyard dollar borclanmaya gedir

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı nümayəndələri 28 yanvar – 4 fevral tarixlərinə Bakıda hökumət rəsmiləri ilə bu barədə müzakirələr aparacaq

Source:


Beynəlxalq Valyuta Fondu və Dünya Bankı nümayəndələri 28 yanvar – 4 fevral tarixlərinə Bakıda hökumət rəsmiləri ilə bu barədə müzakirələr aparacaq

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

Məlumatı iqtisadçı Qubad İbadoğlu “Financial Times” qəzetinə istinadən öz Facebook səhifəsində paylaşıb.

Bildirilir ki, BVF və DB nümayəndələri 28 yanvar – 4 fevral tarixlərinə Bakıda hökumət rəsmiləri ilə bu barədə müzakirələr aparacaq.

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, – deyə qəzetə  bildirilib.

İbadoğlu xatırladıb ki, bu günlərdə Azərbaycan höküməti ilə AİB arasında da 1,1 milyard dollarlıq kredit sazişi imzalanıb: “Göründüyü kimi, danışıqlar uğurla başa çatarsa, bu il ərzində ölkə iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb olunacaq. ÜDM-in dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alanda bu minvalla xarici borcların yekunda payı 1 il ərzində 2 dəfəyədək arta bilər”.

Ana səhifəXəbərlərHökumət 4 milyard dollar borclanmaya gedir