Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin sayı yüzlərlədir. Şikayətlərin əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır
Oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan olan iki şikayət üzrə qərar qəbul edib.
Bu barədə vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, birinci qərar əmlak hüquqlarının pozulmasına aiddir. İkincisi vətəndaş Qafqaz Məmmədovun Bakıda keçirilən icazəsiz mitinqdə iştiraka görə 5 sutka həbsi barədədir.
Avropa Şurasının qərarına görə, Qafqaz Məmmədovun işində Avropa İnsan Haqları Məhkəməsinin azadlıq hüququ, ədalətli araşdırma, vəkillə təmin olunma və toplaşma azadlığı ilə bağlı 5, 6.1, 6.3 və 11-ci maddələri pozulub.
Vəkil bildirib ki, Azərbaycan hakimiyyəti Qafqaz Məmmədova 18050 avro məbləğində kompensasiya ödəməlidir.
Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin sayı yüzlərlədir. Şikayətlərin əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır.