Hökməlilər: ”Biz kölə kimi yaşayırıq”

Hökməli qəsəbəsindəyik. Su yox, qaz yox, işıq yox. Hökməlilərin heç xoş günü də yox. Qəsəbə sakinləri deyir ki, bu yerlər tamamilə unudulub. Bu problemlər qəsəbədə 15 ildir ki var. Sakinlər deyir ki, qış dərdlərinin üstünə dərd gətirir.

Qəsəbənin yolları da çala-çuxurludur. Sakinləri deyir ki, bu yolu da öz hesablarına salıblar. İcra hakimiyyəti, bələdiyyənin vəziyyətdən xəbəri olsa da, dərdlərinə bir çarə qılmırlar.

Bu çənlərdən hər kəsin həyətində var. Qəsəbə sakinləri ayda ən azı iki dəfə su alıb, bura doldurur. Bu da nə az, nə çox, 40 manata başa gəlir. Suyu qızdırmaq üçün oduna ehtiyac var. Çünki 2 aydan çoxdur ki, qazları da gəlmir. Hökməlilər yaşamaq üçün odunu da almağa məcburdurlar. Şəkər Xancanova deyir ki, kənd həyatı bundan min dəfə yaxşıdır

Hökməlinin yollarını tullantılar da bəzəyir. Qəsəbənin dərdi bitən deyil. Onlar kimsənin əlac olacağına da inanmırlar.

Hökməli qəsəbəsinin adı regionların inkişafna dair dövlət proqramınd keçir. Proqroma görə, 2018-i ilin sonuna kimi, Abşeron rayonuna avtomobil yolları çəkilməli, su təchzatı yaxşılaşdırılmalıdır. Abşeron rayon icra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qaz xətlərinə əhali tərəfindən müdaxilə olunub, təsərrüfat dağıdılıb, hazırda bərpa işləri aparılır. Rayonla bağlı dövlət proqramının icrası böhrana görə güclü aparılmasa da, işlər aparılmır demək olmaz.

Ana səhifəVideoHökməlilər: ”Biz kölə kimi yaşayırıq”