Hindistanda helikopter qəzaya uğradı, Müdafiə Qərargahının rəisi öldü

Screenshot – i24NEWS English

Daha 11 nəfər ölüb, bir nəfər xəstəxanadadır

Hindistanın yüksək səviyyəli müdafiə rəsmisi helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Hadisə ölkənin cənubunda yerləşən Tamil Nadu ştatında baş verib.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin “Twitter” səhifəsində məlumat verilib.

Məlumatda qəzanın təfərrüatları verilməyib.

Açıqlamaya görə, Müdafiə Qərargah rəisi general Bipin Ravat və digərlərini daşıyan Rusiya istehsalı olan Mi-17 V5 helikopteri, çərşənbə günü günorta saatlarında faciəvi qəza ilə üzləşib.

Qəzada Ravat, onun həyat yoldaşı və daha 11 nəfər ölüb, bir nəfər xəstəxanadadır.

Ravat 2019-cu ilin sonlarında hökumətin əsas hərbi müşaviri kimi fəaliyyət göstərən yeni yaradılmış ofisə təyin edilib. O, əvvəllər Hindistanın ordu rəisi vəzifəsində çalışıb.

Ana səhifəDünyaHindistanda helikopter qəzaya uğradı, Müdafiə Qərargahının rəisi öldü