Hilal Əsədov da vəzifəsindən çıxarıldı

Bir müddət öncə Akif Çovdarovun və Subahir Qurbanovun işi isə Respublika Prokurorluğuna göndərilmişdi

Source:


Bir müddət öncə Akif Çovdarovun və Subahir Qurbanovun işi isə Respublika Prokurorluğuna göndərilmişdi

Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub.

Dünən də milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad edilib. Bir müddət öncə isə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

Bir müddət öncə general-leytenant Mədət Quliyev isə milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Noyabrın 10-da isə Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric edildı və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim olundu.


strateq.az

Ana səhifəXəbərlərHilal Əsədov da vəzifəsindən çıxarıldı