Hikmət Hacızadə: Vurulmuşdum, başqasına ərə getdi…

Hikmət – 7sual
Hikmət – 7sual
Hikmət – 7sual
Hikmət – 7sual



Layihə barədə: Meydan.TV-nin “Meydanda yeddi sual” layihəsi peşəkar, siyasi, ictimai tərəflərini tanıdığımız, bələd olduğumuz insanlara fərqli baxış bucağından baxmağa, onları bir az daha fərqli tanımağa xidmət edir. Meydan.TV əməkdaşlarının hazırladığı 7 standart sualı cavablandırarkən, bu insanlar nə qədər səmimi ola biləcəklər, bunun özü də sualdır.


Budəfəki qonağımız Hikmət Hacızadədir.



Sizcə, ən böyük xəyanəti kimə etmisiniz?

–          Ömrümdə xəyanət etməmişəm  – nə kiçik, nə böyük



İndiyə qədər sizi utandırmaqda davam edən işiniz və ya hərəkətiniz hansıdır?

–          Belə hərəkətim olmayib



Həyatınızdan silmək istədiyiniz gün?

–          4 İyul 1993 (qiyam)



İlk siqaretinizi neçə yaşında çəkmisiniz?

–          Siqaretdən zəhləm gedir



Gənclikdə, ya sonra narkotiklərdən istifadə etmisiniz?

–          Heç vaxt narkotik qəbul eləməmişəm – idmanla məşğul olmuşam – avar çəkmək, yelkən qaldırmaq…



Nə vaxtsa özünüzdən yaşca çox böyük, ya da çox gənc, ya da evli qadına (kişiyə) vurulmusunuz? Sirr deyilsə, sonu necə olub?

–          Vurulmuşdum, Marqo kraliçasına, amma o axirda Fantomas rolunu ifa edən Jan Mareya ərə getdi.



Tək qalsanız, özünüzə hansı yeməyi bişirə bilərsiniz?

Xaş, xingal – parça, paştet, yumurta-kolbasa, makaron-sosiska, salat – Şəki salatı – şabalidnan, McDonalds buterbrodu, Skumbriya-kartoşka.

Ana səhifəVideoHikmət Hacızadə: Vurulmuşdum, başqasına ərə getdi…