“Rəhbərlər 20 illik stress nəticəsində reallığı görmək bacarığını itiriblər, – gəmi qayalara tərəf gedir”
“Qubad İbadoğlunun partiyadan kənarlaşdırılmasını qətiyyətlə pisləyirəm”. Bu fikri öz Facebook səhifəsində keçmiş müsavatçı, politoloq Hikmət Hacızadə yazıb.
Politoloq bildirib ki, partiyadakı rəqibini məhv etmək, axı bu diktaturaların məlum davranışıdır. Belə davranışı Müsavata gətirənlər heç partiyanın tarixi simasını düşünürmü?
“Bir başqa çətin məsələ də var. Nigaranam… partiyadan gedənlər və quvulanlar ücün deyil, partiyada qalanlar üçün nigaranam. Məhz onlar təhlükədədir. Hazırda, partiya sükansız bir qəmiyə bənzəyir. Rəhbərlər 20 illik stress nəticəsində reallığı görmək bacarığını itiriblər, – gəmi qayalara tərəf gedir. Gəmidə də öz səsi, müstəqil fikri olan bir kəs qalmayıb ki, desin: “Rəis oraya sürmə, məhv olacayıq”. Nigaranam… əsasən də Divanın gənc üzvləri üçün. Oradakı yaşlı nəsil nümayəndələri, qayalarda məhv olsalar belə, onsuzda öz şərəflı siyasi həyatlarını tarixə yazıblar. Amma Səxavət Soltanlı, Alya Yaqubova və s. kimi qənc siyasətçılərin vaxtsız taleyi məni narahat etməyə bilməz”,-deyə Hacızadə gikrini yekunlaşdırıb.