Hikmət Hacızadə Müsavat Partiyasındakı fəaliyyətini dondurdu

“Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə “narazı” özümü hesab edirəm və qərarınıza qarşı etiraz edirəm”

Source:


“Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə “narazı” özümü hesab edirəm və qərarınıza qarşı etiraz edirəm”

Uzun illərdir Müsavat Partiyasının Ali Məclisinin üzvü olan Hikmət Hacızadə partiyadakı fəaliyyətini dondurub. Hikmət Hacızadə bu barədə başqan Arif Hacılıya və Gülağa Aslanlıya Facebook vasitəsilə müraciətində yazıb. Müraciəti kiçik ixtisarla Meydan TV-in oxucularına təqdim edirik.

Saat təxminən 21.30-da belə bir xəbər aldım ki, Kamil Xəlilbəylini (Qubad bəyin tərəfdarı) MNTK-miz partiyadan xaric edib. Səbəb belə göstərilib – “partiyanın siyasi-ideoloji xəttinə xəyanət”. Konkret isə onun bir musavatçı xanımla (Arif bəyin tərəfdarı) şəxsi – məxvi yazışmada söyüşməsi səbəb olub. Bələ ki, bu yazışmada xanım onu “…”, Kamil bey də onu “…” adlandırıb. MNTK-nin bunu siyasi-ideoloji xəyanət kimi qələmə verib. MNTK-nin bu düşünülməmiş qərarına mən qəti etirazımı bildirirəm. Dünya praktikasinda məlum olmayan şəxsi (Privet) yazışmada olan sözlərə qörə cəza uca Müsavat partiyasında tətbiq olundu. Ar olsun!!!

Xatirlayiram ki, hər bir təhqir və ya böhtan Azərbaycan və dünya qanunvericiliyində ancaq publik (ictimai diskussiyada) deyilmiş sözlərə göra tətbiq olunur. Şəxsi yazışma isə ümümən aşkarlığa çıxarılmamalıdir. Beləliklə, bu qərar tamamən qanunsuz və Müsavata xələl qətirən bır qərardır.

Bundan başqa, qulağıma çatıb ki, bu qərar böyük planın bir hissəsidir. Yəni “narazıların bir 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcak”. Ar olsun belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə “narazı” özümü hesab edirəm və qərarınıza qarşı etiraz edirəm.

Bu planı düşünənlərə demək istəyirəm ki, bu plan dayandırılmasa və bu planla partiyadan xaric edilənlərin işınə yenidən baxilmasa, onda məni də bu plana salsınlar və partiyadan xaric etsinlər. Bu masələ qanun və insan haqları çərçıvəsində həll olunmayana qədər, partiyada fəaliyyətimi dondururam və partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm.

Ana səhifəXəbərlərHikmət Hacızadə Müsavat Partiyasındakı fəaliyyətini dondurdu